İcbari tibbi sığortanın Xidmətlər Zərfi bu ilin avqust ayında yenilənib. Tibbi xidmət sayı 3315-ə çatdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova məlumat verib.
O bildirib ki, sayı artırılan tibbi xidmətlər ixtisaslaşdırılmış ambulator, laboratoriya, invaziv radioloji və stasionar tibbi xidmətlərdir:
"Yeni xidmətlər sırasına vətər, əzələ köçürülməsi, sümük iliyi, böyrək və qaraciyər transplantasiyası əməliyyatları da əlavə olunub.
2023-cü ilin avqust ayından bəri icbari tibb sığorta çərçivəsində icra edilmiş orqan transplantasiyası əməliyyatlarının sayı böyrək transplantasiyası, qaraciyər transplantasiyası, sümük iliyi üzrə müvafiq olaraq 21, 15 və 1 olub".
Vurğulanıb ki, ki, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib:
"Bu transplantasiya əməliyyatları zamanı dərman təchizatı Xidmətlər Zərfi ilə təminata alınıb. Transplantasiya üçün bir canlı donorun əməliyyata hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:34 / 22.11.2023
Orqan transplantasiyasının illik limiti AÇIQLANDI
Hazırda oxunan: Orqan transplantasiyasının illik limiti AÇIQLANDI
Hazırda oxunan: Orqan transplantasiyasının illik limiti AÇIQLANDI
165587
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.