Sumqayıt-Bakı sürət qatarı naqillər oğurlandığı üçün XƏTTƏ ÇIXMAYIB – RƏSMİ  

Hazırda oxunan: Sumqayıt-Bakı sürət qatarı naqillər oğurlandığı üçün XƏTTƏ ÇIXMAYIB – RƏSMİ  

165547

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı ətrafı sürət qatarından istifadə edən sərnişinlər xeyli müddət platformalarda qalmalı olublar. Belə ki, saat 07:05 dəqiqədə Sumqayıtdan Bakı istiqamətinə yola çıxmalı olan Sumqayıt-Pirşağı-Bakı sürət qatarı qeyri-müəyyən səbəblərə görə xəttə çıxmayıb.  

Bundan xəbərsiz olan sərnişinlər xeyli müddət yolda qalıb. Saat 07:15-də Sumqayıtdan çıxmalı olan növbəti qatar da xəttə qrafikdəki vaxtdan gec çıxıb. Nəticədə sərnişinlər həm mənzil başına xeyli gec çatıb, həm də qatarda böyük sıxlıq yaşanıb. 

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mövqeyini öyrənmək istədik. Qurumdan Bizim.Media-ya bildirilib ki, Abşeron dairəvi  dəmir yolunda rabitə və işarəvermə xəttinə kənar müdaxilə olub: 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıt-Bakı qatarı reysə çıxmadı, sərnişinlər YOLDA QALDI 


“Yəni kimlərsə oğurluq məqsədi ilə elektrik naqillərini kəsib götürüb. Bunun da nəticəsində Sumqayıt-Pirşağı-Bakı xəttində işıqforlar daimi olaraq qırmızı yanıb. Ona görə də qatarların hərəkət qrafikində müvəqqəti gecikmə baş verib. Lakin oğurluq səbəbi ilə baş vermiş texniki nasazlıq qısa müddətdə aradan qaldırılıb. Hazırda Bakı ətrafındakı dəmir yollarında qatarlar mövcud qrafikə uyğun hərəkət edir”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin