Erməni separatçılarının Xankəndidə atıb qaçdıqları sənədlərin və avtomobillərin görüntüləri paylaşılıb.
Bizim.Media xəbər verir ki, videonu Azərbaycan Dövlət Televiziyası (AzTV) hazırlayıb.
Qeyd edək ki, Xankəndi şəhəri 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edilib. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Bakıdan 329 km uzaqlıqda yerləşir.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya sülhməramlılarının nəzarətinə keçib, sülhməramlı qüvvələrinin mərkəzi qərargahı burada yerləşdirilib.
19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusunun keçirdiyi lokal xarakterli antiterror əməliyyatının nəticəsində 29 sentyabrdan Azərbaycan polisi şəhərə nəzarəti bərpa edib.
15 oktyabr 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını qaldırıb.
8 noyabr 2023-cü ildə şəhərdə İkinci Qarabağ Müharibəsində əldə olunmuş qələbəyə həsr olunmuş təntənəli hərbi parad keçirilib.
- A-
- A
- A+
Cəmiyyət
09:43 / 22.11.2023
Xankəndidən yeni görüntülər - VİDEO
Hazırda oxunan: Xankəndidən yeni görüntülər - VİDEO
Hazırda oxunan: Xankəndidən yeni görüntülər - VİDEO
165539
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.