Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, idarənin keçmiş əməkdaşları Akif Əliyev, Səlim Məmmədov və MTN-nin şöbə rəsinin müavini olmuş Orxan Osmanovla bağlı cinayət işi yenidən Ali Məhkəmədədir.
Bizim.Media “Qaynarinfo”ya istinadən xəbər verir ki, kassasiya şikayətini zərərçəkmişlərin verdiyi iddia olunur. İş üzrə Tahir Kazımov hakim təyin edilib.
Məhkəmə iclasının vaxtı barədə məlumat yoxdur.
Akif Çovdarov, Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanov hazırda azadlıqdadırlar. Onlar bir neçə il əvvəl azadlığa buraxılıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11, Akif Əliyev 5, Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Onlar 2015-ci ildə həbs olunmuşdu.
A.Çovdarov 2020-ci il ildə, S.Məmmədov 2022-ci ildə əfv sərəncamları ilə azadlığa çıxıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:30 / 21.11.2023
Akif Çovdarovun işi yenidən Ali Məhkəmədə
Hazırda oxunan: Akif Çovdarovun işi yenidən Ali Məhkəmədə
Hazırda oxunan: Akif Çovdarovun işi yenidən Ali Məhkəmədə
165463
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.