Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin 23 mart tarixində Xətai rayonu ərazisində yeznəsi Y.Hüseynovu bıçaqlamış 1990-cı il təvəllüdlü O.Əliyevə hökm oxunub.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, O.Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirləndirilib.
Məlum olub ki, Y. O.-nun bacısının əri olmaqla yanaşı, həm də uşaqlıq dostudur. Bir müddət əvvəl bacısının ailəsində yaranan problemdən təsirlənən O. Y. ilə görüşərək onunla məsələni aydınlaşdırmaq istəyib. Nəticədə o, qohumunu bıçaqlayaraq ağır xəsarət yetirib.
Məhkəmənin hökmü ilə O.Əliyevə 3 il həbs cəzası verilib. İstintaq müddətində polisin nəzarəti altında olan 33 yaşlı şəxs məhkəmə zalındaca həbs edilib.
Qeyd edək ki, bıçaqlanan şəxs hadisə vaxtı Müdafiə Sənayesi Nazirliyinin mühafizəçisi vəzifəsində çalışıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:20 / 21.11.2023
Nazirliyin mühafizəçisini bıçaqlayan şəxs HƏBS EDİLDİ
Hazırda oxunan: Nazirliyin mühafizəçisini bıçaqlayan şəxs HƏBS EDİLDİ
Hazırda oxunan: Nazirliyin mühafizəçisini bıçaqlayan şəxs HƏBS EDİLDİ
165456
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.