Niyə Azərbaycandakı xəstəxanaların çoxu kişilərin adını DAŞIYIR? – ARAŞDIRMA

Hazırda oxunan: Niyə Azərbaycandakı xəstəxanaların çoxu kişilərin adını DAŞIYIR? – ARAŞDIRMA

165446

Azərbaycanda xəstəxanalara qoyulan adlarda gender bərabərsizliyi özünü göstərir. Araşdırmalarımız göstərir ki, təkcə Bakıda 15 xəstəxanadan 13-ü kişilərin adını daşıyır.

Bizim.Media sözügedən xəstəxanaların siyahısını təqdim edir:
 

MÖVZU İLƏ BAĞLI:

Rayon xəstəxanalarında xidmət yetərlidirsə, Bakıya niyə AXIN VAR? – RƏSMİ CAVAB


M.Topçubaşov Adına Elmi-Tədqiqat Kliniki Təbabət İnstitutu 

Ə. Məlikov adına 6 nömrəli Bələdiyyə Birləşmiş Xəstəxanası  

M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana

A.Qarayev adına 2 nömrəli Birlәşmiş Uşaq Kliniki Xəstəxanası 

M. Qədirli adına Mərkəzi Klinik Xəstəxanası

M. Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanası 

Mir Qasımov adına Respublika Klinik Xəstəxanası

Nəsrəddin Tusi adına Klinika

DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı

A.H.Kazımov adına 1 nömrəli Şəhər Poliklinikası

M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası

M.N.Qəmbərov adına 5 nömrəli Uşaq Poliklinikası

M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası

Maraqlıdır, xəstəxanaların çoxunun kişi adına olmasının hansısa anlamı varmı? 

Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Bizim.Media-ya bildirib ki, Azərbaycanda qadın adına xəstəxanalar ona görə yoxdur ki, yuxarıda adları sadalanan kişilər kimi nailiyyətləri olan xanımlar olmayıb:

“Azərbaycanda Topçubaşov, Əfəndiyev, Qarayev səviyyəsində qadın yoxdur. İşləyənlər kişilərdir. Topçubaşov isə ümumiyyətlə, Azərbaycanın fəxridir, dünya şöhrətli alimdir. Bizdə bu səviyyədə qadın yoxdur və olmayıb”. 
Qeyd edək ki, xəstəxanalara verilən adların hansı kriteriyalarla müəyyənləşdirilməsi ilə bağlı Nazirlər Kabinetinə də sorğu göndərilib.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin