Zaqatala şəhərində, əhalinin aktiv hərəkət etdiyi bazar ərazisində it 5 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetirib.  
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, quduzlaşdığı ehtimal edilən it bazar ərazisində sakinlərə hücum çəkib və onların bədənlərinin müxtəlif yerlərinə xəsarətlər yetirib.   
Ətrafdakı insanların, xüsusən, məktəblilərin gediş-gəlişini nəzərə alaraq it sakinlər tərəfindən öldürülüb.  
İtin xəsarət yetirdiyi sakinlər dərhal Rayon Mərkəzi Xəstəxanasına aparılıb və onlara quduzluq əleyhinə peyvəndlər vurularaq müalicələrinin evdə davam etdirilməsi qərara alınıb.  
Hazırda xəsarət alanlar və onlara göstərilən ilkin tibbi yardımla bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasında araşdırma gedir.   
Hadisə ilə bağlı, yaxın saatlarda TƏBİB tərəfindən açıqlama veriləcəyi bildirilib.  
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

- A-
- A
- A+
Cəmiyyət
							16:13 / 21.11.2023
							
						Zaqatalada DƏHŞƏT – Quduz it 5 nəfəri YARALADI
						
							
								Hazırda oxunan: Zaqatalada DƏHŞƏT – Quduz it 5 nəfəri YARALADI 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Zaqatalada DƏHŞƏT – Quduz it 5 nəfəri YARALADI 							
						165444
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































