2 platforma operatoruna, 1 sifarişli yayım xidməti provayderinə və 1 platforma yayımçısına lisenziya verilib.
Bu barədə Bizim.Media-ya Audiovizual Şuradan məlumat verilib.
Belə ki, Azərbaycan Respublikası Audiovizual Şurasının 21 noyabr 2023-cü il tarixdə keçirilən iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunub.
Şuranın müvafiq qərarları ilə “Sweet TV Group AZ” MMC-yə (operatorun xidmət adı “Sweet TV”) və “Konnekt” QSC-yə (operatorun xidmət adı “NNTV”) universal platforma operatoru lisenziyaları, “Konnekt” QSC-yə (provayderin xidmət adı: “NNTV Kinoteatr”) sifarişli yayım xidməti provayderi lisenziyası, “Şou Plus Media” MMC-yə (televiziya redaksiyasının adı: “Show Plus TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.
İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirib və hazırda fəaliyyət göstərməyən “Startelecom” MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə Şuraya müraciəti müzakirə olunmuş, müvafiq qərar ilə “Startelecom” MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:28 / 21.11.2023
Audiovizual Şura bir şirkətin lisenziyasını LƏĞV ETDİ
Hazırda oxunan: Audiovizual Şura bir şirkətin lisenziyasını LƏĞV ETDİ
Hazırda oxunan: Audiovizual Şura bir şirkətin lisenziyasını LƏĞV ETDİ
165425
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.