Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan daha bir sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, Yasamal rayonu ərazisində “Toyota Prius” markalı 99-NF-743 dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşması barədə müxtəlif media subyektlərində yayımlanmış məlumat əsasında Baş DYP İdarəsində dərhal araşdırma başlanılmış və qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü 2003-cü il təvəllüdlü E.Bayramzadə aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.
Bizim.Media