Azərbaycanda FAKTİKİ HAVA açıqlandı

Hazırda oxunan: Azərbaycanda FAKTİKİ HAVA açıqlandı

165355

Noyabrın 21-nə olan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 21-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. 

Bizim.Media xəbər verir ki, şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı Balakəndə 30 mm, Şəkidə 29 mm, Zaqatalada 21 mm, Qəbələdə 14 mm, Quba, Qusarda 13 mm, İsmayıllı, Oğuzda 11 m, Qrız, Xaltan, Gədəbəydə 9 mm, Göygöldə 8 mm, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.
Qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 17 sm, Qax (Sarıbaş), Quba (Qrız) 4 sm, Ordubad, Şahdağda 3 sm olub.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.6 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin