Noyabrın 20-i gecə saatlarından başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində soyuq hava şəraiti hökm sürüb.
Bizim.Media xəbər verir ki, gecə saatlarından başlayan yağış yüksək dağlıq və dağətəyi ərazilərdə sulu qara çevrilib.
Qar daha çox Şahbuz rayonunun dağlıq kəndlərinə yağıb. Qarın hündürlüyü bu kəndlərdə 2-6 sm-ə çatıb. Eyni zamanda, Culfa və Babək rayonunun da bəzi dağlıq kəndləri də ağ örpəyə bürünüb.
Bizim.Media