Dünyada baş verən iqlim dəyişikliyi ölkəmizdə eləcə də bölgələrdə artıq özünü biruzə verir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəki-Zaqatala rayonlarında sentyabr ayı daxil iqlim normasından yüksək olmaqla isti keçirdi. Və bu günə kimi cüzi istisnalar nəzərə alınmazsa yağış yağmırdı.
Mütəxəssilər bildirir ki, havaların qeyri-sabit keçməsi xəstəliklərlərin yayılması ilə yanaşı həm də kənd təsərrüfatı sahəsində çalışanlar üçün problemlər yaradırdı. İlk növbədə payız fəsli dənli bitkilərin əkin dövrünə təsadüf etdiyindən buğda səpini dövrü və ondan sonrakı müddətdə torpağın nəm olması vacib amillərdən biridir.
Lakin builki əkin dövründə torpağın nəmliliyi yox dərəcəsində olduğundan əkin sahələrinin yağışa ciddi ehtiyacı var.
Şəki Regional Hidrometerologiya Müəssisəsi verilən məlumata əsasən bu gün günün ikinci yarsından başlayaraq bölgənin əksər ərazilərində yağış yağıb. Havanın tempetaruru əvvəlki günə nisbətən bir neçə dərəcə enib.
Yağışların sabah da davam edəcəyi, dağlara qar yağacağı gözlənilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
20:25 / 20.11.2023
Şimal-Qərb bölgəsinə payızın ilk yağışı YAĞIB - FOTO
Hazırda oxunan: Şimal-Qərb bölgəsinə payızın ilk yağışı YAĞIB - FOTO
Hazırda oxunan: Şimal-Qərb bölgəsinə payızın ilk yağışı YAĞIB - FOTO
165297
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.