Azərbaycanda 2023-cü ilin yanvar-oktyabr aylarında nəqliyyatçılar 1552,3 milyon sərnişinə xidmət göstəriblər.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sərnişinlərin 88,0 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə, digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1366,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz artım qeydə alınıb.
Sərnişinlərin 94,6 faizi avtobus, 5,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 5,0 faiz, sərnişin dövriyyəsi isə 18,8 faiz artıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:40 / 20.11.2023
Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən İSTİFADƏ EDİR
Hazırda oxunan: Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən İSTİFADƏ EDİR
Hazırda oxunan: Azərbaycanda sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən İSTİFADƏ EDİR
165276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.