“Bələdiyyələr konstitusiyada yerli özünüidarəetmə orqanları kimi qeyd edilib. Dünya ölkələrində bütün problemlərin həllini bələdiyyələr gerçəkləşdirirlər. Azərbaycanda təəssüf ki, icra hakimiyyətlərinin səlahiyyətləri bələdiyyələrdən daha çoxdur”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Deputat Fazil Mustafa deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakı Şəhər İcra Hakimiyyəti özəl qurumlara çağırış etdi - SƏBƏB
O qeyd edib ki, bəzən bələdiyyələrin sənədləri önnəmsiz sayılır və mülkiyyət üçün əsas götürülmür:
“Bu məsələ Azərbaycanda ziddiyətli olaraq qalır. Bələdiyyələrin dirçəldilməməsi yerli problemlərin həll edilməməsinə səbəb olur. 20 ildən çoxdur ki, bələdiyyələr yaranıb, amma mahiyyətcə idarəetmə sisteminin içində heç bir ciddi rola sahib deyillər”.
Deputat bildirib ki, qanunvericilikdə dövlətin icra orqanlarının əksər funksiyalarını bələdiyyələrə vermək lazımdır:
“Bələdiyyələrin canlı orqanizm kimi seçilib, fəaliyyət göstərməsinə şərait yaratmaq lazımdır. Bu istiqamətdə təkliflər və təşəbbüslər olsa da, məsələnin həllinə nail olunmayıb. Bələdiyyəsiz hər hansısa bir formada insanların sıxıntılarını həll etmək mümkün olmur. Bu məsələ ilə bağlı konkret addımlar atmaq lazımdır”.
Məhərrəm Əliyev, Bizim.Media