Bakının bu əraziləri hələ də istiliksiz QALIB – SİYAHI 

Hazırda oxunan: Bakının bu əraziləri hələ də istiliksiz QALIB – SİYAHI 

165230

Noyabrın 15-dən ölkənin bütün ərazisində istilik sistemi işə salınıb. “Azəristiliktəchizat” ASC-nin məlumatına görə, istiliyin verilişi gələn il aprel ayının 15-nə qədər davam edəcək. İstiliyin verilməsindən bir neçə gün keçsə də paytaxt rayonlarındakı bəzi yaşayış binaları hələ də istiliklə təmin olunmayıb.

Bakının, Nizami, Yasamal, Binəqədi, Xətai rayonları, həmçinin Biləcəri, Bakıxanov qəsəbələrində yaşayan sakinlər istiliyin verilməməsindən şikayətçidir. Eyni problem Sumqayıt şəhərində də yaşanır. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azəristiliktəchizat”dan absurd XƏBƏRDARLIQ – Bir nəfərə görə bütün binanın istiliyi KƏSİLƏCƏK?


Sakinlər konkret ünvanlar göstərərək saytımıza müraciət ediblər. Bu ünvanlara Xətai rayonu Nəsrəddin Tusi küçəsi, Köhnə Günəşli qəsəbəsi İ.İsmayılov küçəsi, Nizami rayonu Rüstəm Rüstəmov küçəsi, Elmlər Metrostansiyasının yaxınlığı, Hüseyn Cavid prospekti 528-ci məhəllə, Binəqədi rayonu 9-cu mikrorayon Cəlal Paşayev küçəsi daxildir. 

Adıçəkilən ərazilərdəki yaşayış binalarının sakinləri istisinə qızına bilmədikləri “istilik”lə bağlı “Azəristiliktəchizat”a müraciət ünvanladıqlarını və müraciətlərinin cavabsız qaldığını qeyd ediblər. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Azəristiliktəchizat” ASC -nin mətbuat katibi Elvin Basqallı bütün binaların istiliklə təmin olunduğunu bildirib:

“İstiliyin olmaması mənzildaxili və binadaxili problemdən də qaynaqlana bilər. Ona görə də hər bir problemin özünün fərdi cavabı var. Hansı mənzilə niyə istilik verilmir araşdırılmalıdır. Çünki binalar istilik alır və bütün qazanxanalar işə düşüb”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin