Nəqliyyatı İntellektial İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
“Bəzi hallarda sürücülərin manevretmə qaydalarına düzgün əməl etməməsi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Növbəti belə hadisə ötən gün səhər saatlarında Heydər Əliyev prospektində baş verib.
Təəssüflər olsun ki, yol hərəkəti qaydalarına əməl etməmək maddi zərərlə, ölüm və xəsarətlə nəticələnən qəzaların olmasını qaçılmaz edir.
“Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsində sürücülərin yollarda necə manevr etməsi ilə bağlı qaydalar öz əksini tapıb. Belə ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.
Bununla yanaşı, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda qaydalara əməl etməyə və diqqətli olmağa çağırır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:37 / 20.11.2023
Sürücülər manevretmə qaydalarına əməl etməlidirlər - MÜRACİƏT
Hazırda oxunan: Sürücülər manevretmə qaydalarına əməl etməlidirlər - MÜRACİƏT
Hazırda oxunan: Sürücülər manevretmə qaydalarına əməl etməlidirlər - MÜRACİƏT
165196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.