“Uzun illərdi ki, ölkədə elektron hökumət quruculuğu prosesi gedir. Xeyli sayda xidmətlər elektronlaşıb. Hətta başqa ölkələrdən fərqli olaraq bizdə iki elektron hökumət portalı eGov və MyGov fəaliyyət göstərir. Lakin dövlət qurumları vətəndaşla bağlı digər bir dövlət qurumunun səlahiyyətində olan hansısa məlumatları əldə etmək üçün ondan arayış tələb edir”.
Bizim Media xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” hesabında qeyd edib.
Onun sözlərinə görə dövlət xidmətləri reyestrindən görünür ki, ölkəmizdə təxminən 50-dək arayış növü var:
“Hazırda MyGov-da aktiv olan xeyli sayda arayışlar var ki, dövlət qurumları elektron formada olan bu arayışları tanımaqdan imtina edir və kağız formada arayış tələb edir. Hansı ki, dövlət qurumu digər dövlət qurumundan bunu real vaxtda, onlayn formada əldə edə bilir.
Əgər dövlət qurumları vətəndaşla bağlı hansısa məlumatları, arayışları bir-birindən online formada əldə edə bilirlərsə onda nəinki onun vətəndaşdan tələb edilməsi, ümumiyyətlə qanunvericilikdə bu tip arayışların ləğv edilməsi daha doğru olardı. Bunun üçün isə bütün dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası başa çatdırılmalıdır”.
Osman Gündüz əlavə edib ki, hazırda eGov sahəsində ən ciddi problemlərdən biri VXSİ Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət resurslarının inteqrasiyası üçün konkret icra planının hazırlanmamsıdır:
“Xeyli müddətdir ki, bu problem öz həllini tapa bilmir. Bu prosesi başa çatdırımaq üçün səylər gücləndirilməlidir. Rəqəmsallaşma prosesinə paralel olaraq qanunvericilik təkmilləşdirilməli və bürokratik əngəllər yaradan hüquqi məsələlər həll edilməlidir. Artıq rəqəmsallaşan informasiya xarakterli məlumatların vətəndaşdan tələb edilməsinin hüquqi əsasları aradan qaldırılmalıdır.
Düşünürəm ki, dövlət qurumları inteqrasiya olunduqca qanunvericilik monitorinq olunmalı və addım-addım bu tip dövlət xidmətləri-arayışlar ləğv edilməlidir. Artıq xeyli sayda arayışlar var ki, bunların ləğv edilməsi üçün yetərincə əsaslar yaranıb”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 02.04.2021
Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir - ETİRAZ
Hazırda oxunan: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir - ETİRAZ
Hazırda oxunan: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir - ETİRAZ
16514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.