Sağ radikal “Zouaves Paris” qruplaşmasının lideri Mark de Kakkere-Valmenir Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşdüyünü bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o “Instagram”dakı səhifəsində məlumat yayıb.
Mark de Kakkere "Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini də paylaşıb.
Fotoda "İstiqamət: cəbhə "yazılıb. O həmçinin ermənilərlə əməkdaşlıq etməklə "xarici könüllülər briqadası"nı yaratmaq arzusunda olduğunu bildirib.
O, özünü birbaşa faşist adlandırır. Amma Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına “Zouaves Paris” adıını verib. Mark de Kakkere həmçinin deyib ki, bu kiçik qruplaşma küçələri qorxuda saxlamaq üçündür.
Bizim.Media