“Azərpoçt”un adından vətəndaşlara SMS-lər yollanır - VİDEO

Hazırda oxunan: “Azərpoçt”un adından vətəndaşlara SMS-lər yollanır - VİDEO

165090

“Azərpoçt”un müştəriləri, eləcə də digər vətəndaşlar dələduzların hədəfinə çevriliblər.

Bizim.Media xəbər verir ki, belə ki, poçt vasitəsilə onlayn alış-veriş edən şəxsin telefon nömrəsinə çatdırılacaq məhsulla bağlı yanlış mesajlar gəlir.

Göndərilən linkdə bir hərfə diqqət etmədikdə isə işbazların qurbanı olursunuz. Yəni həmin mesajda “Azərpoçt” yox, “Azərpost” yazılır.

Məsələ ilə bağlı “Azərpoçt”dan bildirilib ki, sözügedən qurum bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir.
Vətəndaşlara “Azərpoçt”la bağlı şübhəli mesajlar gəldikdə “169” çağrı mərkəzinə zəng etmələri, eləcə də göndərilən linklərə diqqətli və həssas yanaşmaq tövsiyə olunur.

Daha ətraflı Baku TV-nin süjetində:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin