Zaqatala şəhərinin Fikrət Əmirov küçəsində yerləşən beşmərtəbəli binanın 12-ci mənzilində yanğın baş verib. Nəticədə bir nəfər tüstüdən zəhərlənərək xəstəxanaya aparılıb.
Bizim.Media-nın yerli bürosuna Fövqəladə Hallar Nazirliyi Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, şəhərin F. Əmirov küçəsində Lalə İlyasovaya məxsus evin mətbəxindəki paltaryuyan maşın anidən alışıb. Nəticədə mətbəx mebeli də yanıb.
Yanğın haqda məlumat daxil olan kimi hadisə yerinə texnika və canlı qüvvə göndərilib və tez bir zamanda lokallaşdırılıb.
Mənzildə baş verən tüstülənmədən evdə yaşayan 33 yaşlı Maya Məmmədova zəhərlənib və o, yaxınlarının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin müayinə və müalicələrdən sonra Maya Məmmədovanın həyatı təhlükəsi aradan qalxıb.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata əsasən mənzilində yanğın baş verən ev sahibi Lalə İlyasova bölgə rayonlarında tanınmış müğənnlərdən biridir.
Evdə tüstüdən zəhərlənən Maya Məmmədova isə müğənninin qardaşı qızıdır.
Yeri gəlmişkən, bir neçə ay əvvəl Lalə İlyasovanın Qax rayonunun Zərnə kəndində yerləşən fərdi yaşayış evində də yanğın baş vermis və mənzilə ciddi zərər dəymişdi.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:24 / 19.11.2023
Zaqatalada tanınmış müğənninin qardaşı qızı tüstüdən zəhərləndi - FOTO
Hazırda oxunan: Zaqatalada tanınmış müğənninin qardaşı qızı tüstüdən zəhərləndi - FOTO
Hazırda oxunan: Zaqatalada tanınmış müğənninin qardaşı qızı tüstüdən zəhərləndi - FOTO
165048
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.