Biləsuvar sakinləri qanunsuz silahları təhvil veriblər - FOTO

Hazırda oxunan: Biləsuvar sakinləri qanunsuz silahları təhvil veriblər - FOTO

165012

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində 2 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, bundan əlavə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib. 

Ərazinin zibillənməsi halları ilə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub. 
Bu istiqamətdə tədbirlər davam etdirilir. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin