Salyan Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi, eləcə də könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlər nəticəsində 2 rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü olaraq polisə təhvil veriblər.
Bundan əlavə, keçirilən digər tədbirlər nəticəsində 2 rayon sakinindən də müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:36 / 18.11.2023
Salyan sakinlərindən odlu silahlar götürülüb - FOTO
Hazırda oxunan: Salyan sakinlərindən odlu silahlar götürülüb - FOTO
Hazırda oxunan: Salyan sakinlərindən odlu silahlar götürülüb - FOTO
164993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.