Yaxın 3 gün ərzində ölkədə hava qeyri-sabit KEÇƏCƏK 

Hazırda oxunan: Yaxın 3 gün ərzində ölkədə hava qeyri-sabit KEÇƏCƏK 

164974

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb. 

Xidmətdən Bizim.Media-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 19-da cənub küləyinin 15-20 metr/saniyə, 20-si gündüzdən 21-i axşamadək isə şimal-qərb küləyinin 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir. 

Noyabrın 20-si axşamdan 21-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. 

Azərbaycanın rayonlarında noyabrın 19-u axşam qərb rayonlarından başlayaraq 21-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. 
Qərb küləyinin arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin