Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası plagiatlığa görə 26 nəfərə elmi dərəcə verilməsindən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Komissiyadan məlumat verilib.
Belə ki, cari ilin əvvəlindən indiyədək elmi işlərdə müəllifinə və mənbəyinə istinad edilmədən digər müəlliflərin materiallarından istifadə edildiyinin aşkar olunması səbəbindən 26 nəfərə elmi dərəcələrin verilməsindən imtina olunub.
Bundan başqa, plagiat halları ilə əlaqədar cari il ərzində 17 nəfərə elmi adların, 3 nəfərə isə xarici ölkələrdə verilmiş elmi dərəcə haqqında sənədlərin tanınmasından (nostrifikasiya və təkrar attestasiya) imtina edilməsinə dair qərar qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:08 / 18.11.2023
Ali Attestasiya Komissiyası 26 nəfərə elmi dərəcə VERMƏDİ - SƏBƏB
Hazırda oxunan: Ali Attestasiya Komissiyası 26 nəfərə elmi dərəcə VERMƏDİ - SƏBƏB
Hazırda oxunan: Ali Attestasiya Komissiyası 26 nəfərə elmi dərəcə VERMƏDİ - SƏBƏB
164968
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.