Cəlilabad rayonunun Təzəkənd kənd bələdiyyəsinin sədri cinayət məsuliyyətinə cəlb olunub.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, 62 yaşlı Rafiq Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda ittiham olunur.
R.Hacıyev vətəndaşlardan rüşvət alaraq kəndin örüş yerlərini satma və digər əməllərə görə mühakimə olunacaq.
Ona qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.2 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, vəzifəsindən kənarlaşdırılmaqla barəsində istintaq dövrü müddətində həbsə alternativ qətimkan tədbiri seçilib.
İş Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:14 / 18.11.2023
Bələdiyyə sədri külli miqdarda rüşvət almaqda İTTİHAM OLUNUR
Hazırda oxunan: Bələdiyyə sədri külli miqdarda rüşvət almaqda İTTİHAM OLUNUR
Hazırda oxunan: Bələdiyyə sədri külli miqdarda rüşvət almaqda İTTİHAM OLUNUR
164935
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.