Bakıda yolda dayanan nasaz avtomobil qəzaya səbəb olub, iki nəfər ölüb.
Bu barədə Bizim.Media Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, bu gün saat 06:50 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 20-ci kilometrliyində “Mercedes” markalı, 99-FK-216 dövlət qeydiyyat nişanlı avtomobilin təkəri sıradan çıxdığı üçün sürücü nəqliyyat vasitəsini hərəkətdə olduğu ən sol zolaqda dayandırıb və zəruri təhlükəsizlik tədbirləri görmədən sərnişini ilə birgə nasazlığı aradan qaldırmağa çalışıb.
Bu zaman arxadan eyni zolaqda yüksək sürətlə hərəkət edən “Honda” markalı, 77-GF-549 dövlət qeydiyyat nişanlı avtomobil nasaz nəqliyyat vasitəsilə toqquşub ki, nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini hadisə yerində həyatlarını itirib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:45 / 18.11.2023
Maşını təmir üçün saxladılar, faciəvi qəzada öldülər – FOTO
Hazırda oxunan: Maşını təmir üçün saxladılar, faciəvi qəzada öldülər – FOTO
Hazırda oxunan: Maşını təmir üçün saxladılar, faciəvi qəzada öldülər – FOTO
164922
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.