Kiberdələduzlar saxta lotereya kampaniyası keçirirlər - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Kiberdələduzlar saxta lotereya kampaniyası keçirirlər - XƏBƏRDARLIQ 

164882

Kiberdələduzlar tərəfindən "www.pashalato.com" adı altında saxta veb-sayt yaradılıb. Dələduzlar veb-sayt vasitəsilə "PashaPay" MMC-nin adından istifadə edərək, saxta lotereya kampaniyası keçirirlər.

Bu barədə Bizim.Media-ya Elektron Təhlükəsizlik Mərkəzindən bildirilib. 

Qeyd olunub ki, vətəndaşlardan saxta kampaniyada iştirak etmək üçün veb-saytda müvafiq bölməyə daxil olduqdan sonra ad, soyad, fin kod və bank kartı kimi fərdi məlumatlarını daxil etmək tələb olunur. 
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin