Mingəçevirdə hepatitə görə təhsil müəssisələri dezinfeksiya olundu

Hazırda oxunan: Mingəçevirdə hepatitə görə təhsil müəssisələri dezinfeksiya olundu

164827

Mingəçevir şəhərində uşaqlar arasında tək-tək hallarda Hepatit A xəstəliyi qeydə alınıb. Bununla əlaqədar, şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən epidemioloji araşdırma aparılıb, xəstələrin hospitalizasiyası təmin edilib. Ocaqlarda dezinfeksiya tədbirləri həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda şagirdlər arasında "Hepatit A" virusu YAYILDI 


Mənbə qeyd edir ki, infeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb, laborator müayinə üçün su nümunələri götürülüb.

Xatırladaq ki, Hepatit A virusuna yoluxma fekal-oral, çirklənmiş su və qida ilə, bəzən isə, məişət-təmas yolu ilə baş verir. Xəstəlikdən qorunmaq üçün əsasən şəxsi gigiyena qaydalarına riayət və keyfiyyətli içməli sudan istifadə edilməlidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin