Şəmkirdə bazarda xuliqanlıq etmiş şəxs həbs edilib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsindəki bazarda baş verib.
Rayonun Könüllü kənd sakini, 1993-cü il təvəllüdlü Həsrət Yusifov (şərti) bazar ərazisində yüksək səslə təhqiramiz ifadələr işlətməyə başlayıb. Bundan sonra polis əməkdaşları onu saxlayaraq Kür Polis Bölməsinə aparıblar.
Burada məlum olub ki, 30 yaşlı şəxs telefonda müdirini söyürmüş. Belə ki, Şəmkirdə fermada çalışan Həsrət təsərrüfatın müdirinə zəng edərək pul istəyib. Lakin müdiri onun istəyini yerinə yetirməyib. Buna əsəbiləşən işçi rəhbərinin ünvanına təhqiramiz ifadələr işlətməyə başlayıb və ictimai yerdə xuliqanlıq hərəkətləri edib.
H.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Şəmkir Rayon Məhkəməsinin qərarı ilə ona 8 sutka inzibati həbs cəzası verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:36 / 17.11.2023
Şəmkirdə müdirini pula görə söyən şəxs HƏBS EDİLDİ
Hazırda oxunan: Şəmkirdə müdirini pula görə söyən şəxs HƏBS EDİLDİ
Hazırda oxunan: Şəmkirdə müdirini pula görə söyən şəxs HƏBS EDİLDİ
164775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.