Nuray olayı dövlət qurumlarını hərəkətə gətirdi -Yeni qanun layihəsi hazırlandı

Hazırda oxunan: Nuray olayı dövlət qurumlarını hərəkətə gətirdi -Yeni qanun layihəsi hazırlandı

164739
Azərbaycan Ombudsman Aparatı Milli Məclisə (MM) “Uşaqların cismani cəzadan müdafiəsi haqqında”x9d qanunun qəbulunu təklif edib.
Bunu Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.
Onun sözlərinə görə, artıq sözügedən qanun layihəsi beynəlxalq ekspertlərin iştirakı ilə Ombudsman Aparatı tərəfindən hazırlanaraq parlamentə təqdim edilib:
“Uşaq hüquqları haqqında ümumi normalar “Uşaq hüquqları haqqında”x9d qanunda, İnzibati Xətalar Məcəlləsində və s. var. Amma yeni layihə daha konkretdir və məsələləri daha detallı şəkildə özündə əks etdirir. Bu layihə cismani cəzadan müdafiə ilə bağlı məsələləri tənzimləyir. Layihənin məqsədi uşaq hüquqlarının daha səmərəli müdafiəsi üçün onları zorakılıqdan, kobudluqdan qorumaqdır”x9d.
A.Səfixanlı qeyd edib ki, Ombudsman Aparatı uşaqların zorakılıqdan qorunması məqsədi ilə MM-ə bu konvensiyanın ratifikasiyası ilə bağlı müraciət edib.(xa0Gununsesi.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin