Bakıda voleybolçuya qarşı əxlaqsızlıq edən sürücü HƏBS EDİLDİ 

Hazırda oxunan: Bakıda voleybolçuya qarşı əxlaqsızlıq edən sürücü HƏBS EDİLDİ 

164683

Bakıda legioner qadın idmançıya qarşı əxlaqsızlıq edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bir neçə gün əvvəl voleybol klublarından birinin üzvü, Qazaxıstan vətəndaşı A.M Yasamal Rayon Polis İdarəsinə müraciət edərək üzləşdiyi xuliqanlıq hadisəsi barədə məlumat verib. 

Əcnəbi idmançı şikayətində “Bolt” tətbiqi vasitəsilə taksi sifariş etdiyini, 77 ** 144 dövlət nömrə nişanlı “Kia” markalı avtomobillə yola çıxdığını və sürücünün metronun “Nizami” stansiyası yaxınlığında ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirib. 

Avtomobildən düşəndən sonra polisə şikayət edən qazaxıstanlı idmançı həmin şəxsin tapılaraq cəzalandırılmasını xahiş edib. 
Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin həyata keçirdiyi tədbirlərlə taksi sürücüsünün 1996-cı il təvəllüdlü C.Məmmədli olması müəyyən edilib. O, saxlanılaraq bölməyə aparılıb və törətdiyi hadisə ilə bağlı barəsində protokol tərtib edilib. 

Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücüyə 20 sutka inzibati həbs cəzası verilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin