Bu gün Azərbaycan məktəblərində dərs proqramının ağırlığı narahatlıq doğuran məsələlərdəndir. Şagirdlər ev tapşırıqları ilə o dərəcədə yüklənirlər ki, hətta onların ali təhsilli valideynləri belə bu qəliz tapşırıqların həllində övladlarına kömək etməkdə çətinlik çəkirlər.
Təhsil ekspertləri isə problemdən çıxış yolu kimi əlavə dərs vəsaitlərinin və xüsusilə də ev tapşırıqlarının yığışdırılmasını təklif edirlər.
Əməkdar elm xadimi, professor və təhsil eksperti Şahlar Əsgərov Bizim.Media-ya sözügedən durumun olduqca zərərli olduğunu bildirib:
“Məktəblər şagirdlər hələ birinci sinfə qəbul olmamışdan onları yükləyirlər. Bu vəziyyət mənimsəmə effektini azaldır. Fikrimcə, şagirdlərin bu dərəcədə yüklənməsi xaricdən gələn ideyadır.Belə bir misal çəkim:bir atın belinə maksimum 2 nəfər minə bilər. Əgər onun üstünə dörd nəfər çıxsa, iş keyfiyyəti aşağı düşmüş olacaq. Şagirdlərin də mənimsəmə qabiliyyətlərini əlindən almaqdan ötrü onu çox yükləyirlər.
Ş.Əsgərov qeyd edib ki, şagirdlərin iradəli böyüməsi üçün kitabların və imtahanların sayını azaltmaq lazımdır:
“Bunu Türkiyənin sabiq təhsil naziri Ziya Səlcuq da deyib. Çünki iradəsi olmayan şəxs gözükölgəli olur. Təhsil zavod deyil, insan düzəltmək üçün emalatxanadır. Burada ancaq pedaqoqlar, psixoloqlar və alimlər çalışmalıdır. Təhsilə hüquqşünaslar, iqtisadçılar və ya başqa sahənin adamları rəhbərlik edə bilməzlər. Xarici dövlətlər beynəlxalq güclərdən istifadə edərək, bizim insan düzəltmək emalatxanamızı əlimizdən alırlar”.
Nuranə Daxilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 17.11.2023
Şagirdlərə verilən ev tapşırıqları YIĞIŞDIRILSIN – Təklifə professordan DƏSTƏK
Hazırda oxunan: Şagirdlərə verilən ev tapşırıqları YIĞIŞDIRILSIN – Təklifə professordan DƏSTƏK
Hazırda oxunan: Şagirdlərə verilən ev tapşırıqları YIĞIŞDIRILSIN – Təklifə professordan DƏSTƏK
164682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.