Milli Məclisdə hər iki valideynini itirmiş, qalmağa heç biri yeri olmayan müharibə iştirakçılarına növbədənkənar evlərin verilməsi təklif edilib.
Bizim.Media xəbər verir ki, bu təkliflə Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında deputat İlham Məmmədov çıxış edib.
“Bu gün hər iki valideynini itirmiş, qalmağa heç biri yeri olmayan müharibə iştirakçılarına növbədənkənar evlər verilə bilər. Onların sayı da çox azdır, hətta deyərdim ki, üç-beşdir. Belə şəxslərə evlər verilə bilər. Bu yaxınlarda rayonda Rüfət Mehdiyev adlı şəxs belələrindən idi.
Onun nə valideynləri, nə bacı-qardaşı vardı. Eyni zamanda himayəsində yaşadığı valideynlər də həyatını itirib. Hesab edirəm ki, belə şəxslər çox azdır”, - o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:01 / 16.11.2023
Valideynlərini itirmiş veteranlara növbədənkənar evlər verilsin – Deputatdan TƏKLİF
Hazırda oxunan: Valideynlərini itirmiş veteranlara növbədənkənar evlər verilsin – Deputatdan TƏKLİF
Hazırda oxunan: Valideynlərini itirmiş veteranlara növbədənkənar evlər verilsin – Deputatdan TƏKLİF
164663
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.