Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.
Qeyd edək ki, Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, bu ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdi.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:36 / 16.11.2023
Qubad İbadoğlunun həbs müddəti UZADILDI
Hazırda oxunan: Qubad İbadoğlunun həbs müddəti UZADILDI
Hazırda oxunan: Qubad İbadoğlunun həbs müddəti UZADILDI
164660
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.