"Gələn həftə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir".
Bizim.Media xəbər verir ki, bunu İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransına dair keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, bu da sosial tərəfdaşlığın, Azərbaycanda əmək münasibətləri sahəsində müxtəlif proqramların daimi əsaslarda təmsil olunmasını təmin etməyə imkan verəcək: Gələn həftə həmin mərkəzə seçkilərin keçirilməsi gözlənilir. Düşünürük ki, ilkin mərhələdə Əmək Mərkəzinin fəaliyyətə başlaması üçün DOST mərkəzlərində yer ayrılacaq".
Qeyd edək ki, Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının paytaxtı elan edilib və habelə Şuşanın İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı da seçilib. 2013-cü ildə Bakıda İƏT-in əmək nazirlərinin 2-ci Konfransı keçirilib. Konfransda iştirak edən nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:47 / 16.11.2023
Gələn həftə Bakıda İƏT-in Əmək Mərkəzi fəaliyyətə BAŞLAYACAQ
Hazırda oxunan: Gələn həftə Bakıda İƏT-in Əmək Mərkəzi fəaliyyətə BAŞLAYACAQ
Hazırda oxunan: Gələn həftə Bakıda İƏT-in Əmək Mərkəzi fəaliyyətə BAŞLAYACAQ
164626
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.