17 yaşlı qızı qaçıranlara 10 il həbs cəzası VERİLDİ 

Hazırda oxunan: 17 yaşlı qızı qaçıranlara 10 il həbs cəzası VERİLDİ 

164520

Bu ilin aprelində Cəlilabad şəhərində 17 yaşlı qızı qaçıran şəxslərin məhkəməsi başa çatıb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə Cəlilabad şəhər sakini, 1993-cü il təvəllüdlü A.S. və dayısı oğlu, 1994-cü il təvəllüdlü H.M. Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlama) maddəsi ilə təqsirləndirilib. 

Araşdırmalar zamanı məlum olub ki, A.S. dayısı oğlu ilə əvvəlcədən plan qurub. Onlar H.M.in atasına məxsus “Vaz” markalı avtomobillə  A.S.in qonşuluğunda yaşayan 17 yaşlı qızı izləyiblər. Qız dərsdən çıxıb yaşadığı evə gedərkən qəfil yaxınlaşaraq onu zorla avtomobilə əyləşdiriblər. 
Bundan sonra A.S. evlənmək məqsədilə qaçırdığı qızı dayısının evinə aparıb. Bir qədər sonra oraya polislər gəlib və qızı ailəsinə qaytarıblar. A.S. isə 3 gün müddətində çayın kənarında gizlənsə də, sonradan polisə təslim olub. 

Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən qaçırılan qız A.S.dən şikayətçi olduğunu deyib. O, A.S.in dayısı oğlunu əvvəldən tanımadığını deyib və ona qarşı şikayətinin olmadığını bildirib. 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.S.ə 10 il 6 ay, H.M.ə isə 10 il həbs cəzası verilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin