Gəncədə qanunsuz tikintilər söküldü - FOTO 

Hazırda oxunan: Gəncədə qanunsuz tikintilər söküldü - FOTO 

164508

Gəncədə şəhər ərazisində qanunsuz tikintilərin qarşısı alınıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, aparılan monitorinqlər zamanı müvafiq icazəverici sənədləri olmadan daha bir neçə yaşayış və qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. 

Şəhərin Mahrasa bağı adlanan ərazisində 1 ədəd, Ş.İ.Xətai prospekti 352-də 1 ədəd qeyri-yaşayış binasında aparılan tikinti işləri dayandırılıb, Həsrət Əliyev küçəsində yerləşən yataqxana binasının birinci mərtəbəsinə bitişik artırmanın isə söküntüsü təmin edilib. 
Qeyd edək ki,  monitorinq Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib. 










Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin