İşğaldan azad edilmiş ərazilərdə 200 hektardan artıq fındıq bağları SALINIB 

Hazırda oxunan: İşğaldan azad edilmiş ərazilərdə 200 hektardan artıq fındıq bağları SALINIB 

164473

“Son illər azad edilmiş ərazilərdə sahibkarlar tərəfindən 200 hektardan artıq fındıq bağları salınıb və bu bağlara görə əkin subsidiyası ödənilib”. 

Bizim.Media xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin aparatının rəhbəri Azad Cəfərli “Fındıq potensialının artırılması: Məhsuldarlıq, keyfiyyət və ixrac həcminin artırılmasına innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. 

O bildirib ki, Sudsidiya Şurasının qərarına əsasən müəyyən şərtlər daxilində 2023-cü ilin sentyabrın 1-dən 2024-cü ilin mayın 31-dək yeni ərazilərdə salınan fındıq bağlarının hər hektarına görə 5 min manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur. 
"Salınan intensiv bağlara görə 730 manat, ənənəvi bağlara görə isə 250 manat əkin subsidiyasının verilməsi nəzərdə tutulur. 2023-cü ilin yanvar-sentyabr aylarında fındıqçılıq təsərrüfatına ümumilikdə 13 milyon manatdan artıq əkin subsidiyası ödənilib" - deyə, A. Cəfərli əlavə edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin