Azərbaycanda mobil cihazların qeydiyyatına görə rüsumun məbləğləri AZALDILDI 

Hazırda oxunan: Azərbaycanda mobil cihazların qeydiyyatına görə rüsumun məbləğləri AZALDILDI 

164333

Fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun məbləğləri azaldılır. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb. 

Qanuna əsasən, qeydiyyata görə dövlət rüsumunun məbləği bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar üçün 20 manatdan 15 manata endirilir. Həmin cihazlar istisna olmaqla, digər mobil cihazlara görə dövlət rüsumunun dərəcələri də azaldılır.
Başqa sözlə, qeydiyyata görə dövlət rüsumunun məbləği mobil cihazların bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 20 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 30 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 40 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 50 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 100 manat.

İndiyə qədər qüvvədə olan qanuna görə, qeydiyyata görə dövlət rüsumunun məbləği mobil cihazların bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda 30 manat, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda 100 manat, bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manatdır. 

Qeydiyyat üçün müraciət olunan tarixə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazlar üçün dövlət rüsumu isə 20 manatdan 15 manata endirilir. 

Qanun qəbul edildiyi halda dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin