Qarabağ ermənilərinin “şəxsiyyət vəsiqələri” olmayıb, onlara yalnız “səyahət pasportu” (Xarici pasport nəzərdə tutulur) verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Mənbə qeyd edir ki, erməni müxalifəti bu faktlara kəskin etirazını bildirib.
Xüsusilə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan vurğulayıb ki, hakimiyyət adi bir suala cavab verə bilmir, Ermənistan vətəndaşlarına nə vaxt biometrik pasportlar veriləcək:
"Bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə verilən mavi rəngli pasportlar vətəndaşlıq şəhadətnaməsi hesab edilmir. Bu baxımdan onların Ermənistanda müxtəlif dövlət vəzifələrində çalışması qeyri-mümkündür.
Xatırladaq ki, Xocavənddə anadan olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın və Hadrutda doğulan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Əsryanın da belə pasportları var".
Manukyanın sözlərinə görə, Azərbaycana qarşı döyüşən Qarabağ separatçıları onlarda yalnız səyahət pasportlarının olduğunu bilməyiblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:55 / 14.11.2023
Qarabağda doğulan ermənilərin hansı pasportları olub? - SİRLƏR AÇILDI
Hazırda oxunan: Qarabağda doğulan ermənilərin hansı pasportları olub? - SİRLƏR AÇILDI
Hazırda oxunan: Qarabağda doğulan ermənilərin hansı pasportları olub? - SİRLƏR AÇILDI
164296
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.