"Paytaxt yollarında maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş verdikdə bir çox sürücü avtomobilini yolun hərəkət hissəsində saxlayır. Onların nəqliyyat vasitəsini hərəkət zolağından kənara çəkməyib sığorta nümayəndəsini gözləmələri, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə sıxlığın yaranmasına səbəb olur. Lakin sürücülər qəzalar zamanı avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkə və digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə şərait yarada bilərlər".
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Qeyd edilib ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin 4-cü bəndinin 5-ci hissəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda (yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda) hadisə yerini tərk edə bilər.
NİİM yollarda baş verə biləcək avtomobil sıxlığının qarşısını almaq üçün sürücüləri diqqətli olmağa çağırır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:55 / 14.11.2023
Maddi ziyanla nəticələnən qəza zamanı sürücülər bu halda hadisə yerini tərk edə bilər - VİDEO
Hazırda oxunan: Maddi ziyanla nəticələnən qəza zamanı sürücülər bu halda hadisə yerini tərk edə bilər - VİDEO
Hazırda oxunan: Maddi ziyanla nəticələnən qəza zamanı sürücülər bu halda hadisə yerini tərk edə bilər - VİDEO
164285
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.