Binəqədidə 24 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI 

Hazırda oxunan: Binəqədidə 24 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI 

164242

Noyabrın 12-də saat 23 radələrində Binəqədi rayonu ərazisində 1999-cu il təvəllüdlü İzmir Savadovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Bu barədə Bizim.Media-ya Binəqədi rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, araşdırmalarla 1995-ci il təvəllüdlü Həsənağa Əliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İzmir Savadovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Həsənağa Əliyev şübhəli şəxs qismində tutulub. 

Hazırda ibtidai istintaq davam edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin