Binalara istilik noyabrın 15-dən veriləcək? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Binalara istilik noyabrın 15-dən veriləcək? – RƏSMİ AÇIQLAMA

164110

Ənənəvi olaraq hər il noyabrın 1-də dağ rayonlarında, noyabrın 15-də isə Bakı və digər mərkəzi şəhərlərdə xidmət təşkilatları qış rejiminə keçir. Lakin bir məsələ var ki, bu il hava anomal keçir. Havanın temperaturu hazırda bəzi ərazilərdə gün ərzində 23 dərəcəyədək yüksəlir. Belə şəraitdə isə istilik sistemlərinin işə salınmasına o qədər də ehtiyac duyulmur.

Bəs, noyabrın 15-də binalara istilik veriləcəkmi?

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-nin mövqeyini öyrəndik. 
 

MÖVZU İLƏ BAĞLI:

Ötən ay “Azəristiliktəchizat”a 373 vətəndaş müraciət edib


Qurumun mətbuat katibi Elvin Basqallı Bizim.Media-ya açıqlamasında bildirib ki, havaların mülayim keçməsinə rəğmən qrafikdə heç bir dəyişiklik olmayacaq:

“Noyabrın 15-də bütün ölkə üzrə payız-qış mövsümü başlayır. Ölkə üzrə təqribən 184 min mənzil mərkəzləşdirilmiş qaydada istiliklə təmin ediləcək. Artıq noyabrın 1-dən respublikanın 9 dağlıq şəhər və rayonunda, o cümlədən Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən, Şabran və Şuşada istiliyin verilməsinə başlanılıb. 

Digər ərazilərdə isə istilik mövsümü noyabrın 15-də başlayacaq. 

Mövsüm ərzində 561 qazanxana və 88 istilik məntəqəsi fəaliyyət göstərəcək. Ümumilikdə, respublika üzrə 3 870 yaşayış binası, 151 səhiyyə müəssisəsi və 2500-ə yaxın digər obyektlər, o cümlədən Bakıda 175 məktəb, 127 uşaq bağçası, bölgələrdə 110 məktəb, 34 uşaq bağçası mərkəzləşdirilmiş istiliklə təmin ediləcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin