Şair Balayar Sadiq xəstəxanadan evə buraxıldı

Hazırda oxunan: Şair Balayar Sadiq xəstəxanadan evə buraxıldı

164103

Oktyabrın 22-də huşsuz vəziyyətdə "28 may" metrostansiyasının yaxınlığından Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə gətirilən şair Əliyev Balayar Sadiqoğlu (Balayar Sadiq) evə buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kliniki Tibbi Mərkəz yayıb.

Mənbə qeyd edib ki, işemik insult diaqnozu qoyulduqdan sonra Kliniki Tibbi Mərkəzdə müalicələri aparılan şairin vəziyyəti stabilləşib.
Aparılan müalicələrdən sonra xəstənin ümumi vəziyyəti kafi qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin