“Artıq neçənci dəfədir ki, Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edirəm. Hər dəfə bir yazıçı kimi həm oxucularımla görüşə, həm də buradakı çox gözəl ab-havaya görə çox fərəhlənirəm”.
Bizim.Media xəbər verir ki, bunu IX Bakı Beynəlxalq Kitab Sərgisinin iştirakçısı, tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvi Elxan Elatlı jurnalistlərə açıqlamasında deyib.
Sərgi barədə fikirlərini bölüşən yazıçı qeyd edib ki, belə tədbirlər gənclər arasında mütaliəyə böyük maraq yaradır:
“Sərgi çərçivəsində müəlliflərlə çoxsaylı görüşlər keçirilir. Bu, oxucunun müəllifi yaxından tanıması üçün gözəl fürsətdir. Bu baxımdan mən sərginin təşkilatçılarına təşəkkürümü bildirirəm”.
Xatırladaq ki, sərgisi çərçivəsində Elxan Elatlının “Susan qadın”, “Qazinin ölümü” və “Belçika ovçarkası” kitablarının imza günü keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:38 / 12.11.2023
Belə sərgilər oxucunun müəllifi yaxından tanıması üçün gözəl fürsətdir - Elxan Elatlı
Hazırda oxunan: Belə sərgilər oxucunun müəllifi yaxından tanıması üçün gözəl fürsətdir - Elxan Elatlı
Hazırda oxunan: Belə sərgilər oxucunun müəllifi yaxından tanıması üçün gözəl fürsətdir - Elxan Elatlı
164063
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.