Astarada 77 yaşlı qadını bu şəxslər öldürübmüş - Tamah niyyəti olub

Hazırda oxunan: Astarada 77 yaşlı qadını bu şəxslər öldürübmüş - Tamah niyyəti olub

163926

Noyabrın 10-da Astara rayonu Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Zeynəb Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Astarada DƏHŞƏT – 77 yaşlı qadın MÜƏMMALI şəkildə qətlə yetirilib


Araşdırmalarla Astara rayonu Kakalos kənd sakinləri 1986-cı il təvəllüdlü Vüsal Əskərov, 1983-cü il təvəllüdlü Elmir Məmmədov və 1983-cü il təvəllüdlü Şəmkir rayon sakini Bəhruz Süleymanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə Zəynəb Məmmədovanın yaşadığı evinə daxil olaraq onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Vüsal Əskərov, Elmir Məmmədov və Bəhruz Süleymanov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin