Sabah səhər saat 8:00-dan axşam saat 17:00-dək Bakının Əbdülvahab Salamzadə küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsində yerləşən yolötürücüsündə təmir işləri aparılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, bununla əlaqədar olaraq qeyd olunan vaxt müddətində yolötürücüsünə giriş Xutor tuneli istiqamətində məhdudlaşdırılacaq.
Agentlik sürücülərə təmir işlərinin aparıldığı müddət ərzində müvəqqəti olaraq Əbdülvahab Salamzadə küçəsinin yan yolundan istifadə etmələrini tövsiyə edir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:26 / 11.11.2023
Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Hazırda oxunan: Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Hazırda oxunan: Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
163921
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.