Xaçmazda tikilən yeni körpünün istifadəyə veriləcəyi vaxt AÇIQLANDI

Hazırda oxunan: Xaçmazda tikilən yeni körpünün istifadəyə veriləcəyi vaxt AÇIQLANDI

163817

Xaçmazda Qudyalçay üzərində inşa olunan yeni körpünün tikintisinin sonuncu mərhələsinə başlanılıb.

Bizim.Media xəbər verir ki, yeni avtomobil körpüsünün inşasının noyabrın sonuna kimi tamamlanması nəzərdə tutulub.

İş icraçısı Musayəddin Qurbanov bildirib ki, proses qrafik üzrə davam edir. Yeni körpü üçün çayın kənarlarında və məcrasında üç dayaq inşa edilib. “İkiaşırımlı yeni körpünün uzunluğu 66, eni 15 metr olacaq. Körpüdə piyadalar üçün hərəkət zolağı nəzərdə tutulub. Mərkəzi dayağın tikintisini yekunlaşdırdıq.
Hazırda körpünün dayaqları üçün istinad divarlarının və mühafizə bəndlərinin tikintisi davam edir. Noyabrın 11-də dayaqların üzərinə tirlər montaj olunacaq. Bundan sonra tirlərin üzəri armaturla hörülərək betonlanacaq. Sonuncu mərhələdə körpü üzərindəki yol asfaltlanacaq. Noyabrın sonunadək körpünü istifadəyə vermək istəyirik”, - deyə M.Qurbanov söyləyib.

Tikintinin vaxtında başa çatdırılması üçün əraziyə cəlb olunan ağır texnika və canlı qüvvə gücləndirilmiş iş rejimində çalışır. Körpünün tikintisi bayram və bazar günlərində də davam etdirilir.

Körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilib. Müvəqqəti yol köhnə körpüdən təxminən 50 metr məsafədə inşa olunub. Xaçmazdan Xudat, Nabran, Yalama istiqamətinə və əksinə hərəkət edən avtomobillər müvəqqəti bu yoldan istifadə edirlər.(azərtac)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin