Masallı rayon sakini Elvin Məmmədov idarə etdiyi “Kia” markalı avtomobillə axşam saatlarında Masallı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.
E.Məmmədov barəsində toplanan material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla bir ay müddətinə inzibati qaydada həbs olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 10.11.2023
Masallıda narkotik vasitənin təsiri altında qəza törədən şəxs HƏBS OLUNDU
Hazırda oxunan: Masallıda narkotik vasitənin təsiri altında qəza törədən şəxs HƏBS OLUNDU
Hazırda oxunan: Masallıda narkotik vasitənin təsiri altında qəza törədən şəxs HƏBS OLUNDU
163791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.