Lənkəran “Türk Dünyasının Gənclər Paytaxtı” seçilə BİLƏR  

Hazırda oxunan: Lənkəran “Türk Dünyasının Gənclər Paytaxtı” seçilə BİLƏR  

163744

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Lənkəran şəhərinin “2024-cü il Türk Dünyasının Gənclər Paytaxtı” adına namizəd kimi irəli sürülməsi ilə bağlı təklifini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə TDT-nin baş katibi Kubanıçbek Omurəliyev “X” səhifəsində yazıb. 

O qeyd edib ki, dünən Azərbaycanın İsmayıllı rayonunun Basqal kəndində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gənclər və idman nazirlərinin toplantısı keçirilib. 

İclasda TDT-nin təşəbbüsləri nəzərdən keçirilib, gələcək üçün fəaliyyət planı elan edilib və Lənkəran şəhərinin “Türk Dünyasının 2024-cü il Gənclər Paytaxtı” adına namizəd kimi irəli sürülməsi təklifi razılaşdırılıb. 
Qeyd edək ki, dünən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin gənclər və idman nazirlərinin 7-ci iclasının açılışında Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. O, türk dövlətlərinin gənclər və idman sahəsində əməkdaşlığı çərçivəsində həyata keçirilən ən son yeniliklərdən, qarşılıqlı fəaliyyətin töhfələrindən danışıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin